Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibədə 17 nəfər uğur qazanıb

Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibədə 17 nəfər uğur qazanıb On dörd dövlət orqanında mövcud olan 44 vakant vəzifə üzrə sentyabrın 27-dən başlanan daxili müsahibə davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 104 nəfər müraciət edib. Bu gün saat 10:25-ə olan məlumata görə, 17 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibə oktyabrın 17-də başa çatacaq.
Qeyd edək ki, ümumi müsahibəyə sənəd qəbulu sentyabrın 12-də yekunlaşıb.

Tehsil-press.az


Oxşar xəbərlər