Aprelin 5-dən etibarən ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (IDD) Xarici Siyasət Proqramı çərçivəsində praktiki məşğələ və seminarlar keçirməyə başlayıb.
Məşğələ və seminarlarda Enerji, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Xarici İşlər, Mədəniyyət, Təhsil, Ekologiya və Təbii Sərvətlər, eləcə də İqtisadiyyat nazirliklərinin əməkdaşları ilə yanaşı, bir sıra dövlət qurumlarının, agentliklərin 30-a yaxın nümayəndəsi iştirak edir.
Açılış sessiyasında İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva və İnstitutun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova çıxış ediblər.
Daha sonra Aygün Hacıyeva və ADA Universiteti Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev “Peşəkar əlaqələr qurmaq bacarığı” mövzusunda təlimlərə başlayıblar.
Təlimlər BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ofisinin koordinasiya analitiki Şəmsiyyə Mustafayevanın “Müxtəliflik, inteqrasiya və mədəniyyətlərarası ünsiyyət”, ABŞ-ın Bakıdakı səfirliyinin maarifləndirmə proqramları üzrə direktoru Aydan Əsgərovanın “Emosional zəka” mövzusundakı çıxışları ilə davam edib.
Qeyd edək ki, sabah ilk həftəsi başa çatacaq məşğələ və seminarların növbəti mərhələsi 11-14 aprel tarixlərində keçiriləcək.
Tehsil-press.az