Kolleclərin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı başlanır

Kolleclərin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı başlanır Oktyabrın 5-i saat 12:00-da tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olanlar üçün qeydiyyat prosesinə başlanılacaq.
Müraciətçilər https://portal.edu.az/ elektron xidmətində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur. Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Elektron sistem üzrə qeydiyyat oktyabrın 10-u saat 23:59-da yekunlaşacaq.

Tehsil-press.az

Oxşar xəbərlər