Prezident təqaüdünə layiq görülmüş BDU tələbələri ilə görüş

Prezident təqaüdünə layiq görülmüş BDU tələbələri ilə görüş Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 2022-2023-cü tədris ilində Prezident təqaüdünə layiq görülmüş BDU tələbələri ilə görüşüb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Rektor E.Babayev tələbələri qəbul imtahanlarında topladıqları yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmələri münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. “Prezident təqaüdünə layiq görülən 102 nəfərdən biri olmaq böyük qürurdur. Sizin bu adı şərəflə daşıyacağınıza və yaxşı təhsil alacağınıza əminəm”,- deyə rektor bildirib.
E.Babayev ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu qürur hissi ilə vurğulayıb.
Rektor, eyni zamanda, universitetin məzunlarının ölkəmizi dünyada layiqincə təmsil etdiklərini deyib. O, tələbələrə təkcə tədrisdə deyil, BDU-nun sosial və ictimai həyatında da fəal olmağı tövsiyə edib.

Tehsil-press.az

Oxşar xəbərlər