Dövlət İdarəçilik Akademiyasının rektoru Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşüb

Dövlət İdarəçilik Akademiyasının rektoru Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşüb Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru akademik Urxan Ələkbərov 2021-2022-ci tədris ilində DİA-ya qəbul olan Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşüb.
Görüşdə rektor akademik U.Ələkbərov ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb, dahi rəhbərin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Respublikası uğurla inkişaf edir və ölkəmizdə bütün sahələrdə böyük nailiyyətlər qazanılır.
Cəmiyyətdə təhsilin mühüm rolunu qeyd edən rektor Azərbaycan Prezidentinin bu sahəyə daim böyük əhəmiyyət verdiyini vurğulayıb. Akademik ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərən tələbələri təbrik edib, onlara təhsildə yeni uğurlar arzulayıb.
Prezident təqaüdçüləri ölkəmizdə gənclərin təhsili üçün geniş imkanlar yaradıldığını bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər