Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev I kurs tələbələri ilə görüşlərə başlayıb.
Görüşlərin keçirilməsində məqsəd tələbələrə BDU-da tədris prosesi, universitetin sosial həyatı barədə məlumat vermək, onların ali məktəb həyatına adaptasiyasına yardım etməkdir.
Növbəti görüş Tarix fakültəsinin I kurs tələbələri ilə keçirilib.
Görüşdə rektor Elçin Babayev qeyd edib ki, 103 illik tarixə malik universitetin 16 fakültəsində 25 mindən artıq tələbə təhsil alır. İndiyədək BDU 200 min nəfərədək ixtisaslı kadr yetişdirib. BDU məzunları müxtəlif qurumlarda, dövlət təşkilatlarında, eləcə də xarici ölkələrdə uğurla çalışırlar. BDU-nun ən böyük məzunu ümummilli liderimiz Heydər Əliyevdir.
Elçin Babayev 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanan və gündən-günə qüdrətlənən ölkəmizin gənclərinin üzərinə böyük məsuliyyət düşdüyünü deyib. Bildirilib ki, xüsusilə Tarix fakültəsinin tələbələri tariximizi dərindən öyrənməli, təbliğ etməlidirlər.
Tehsil-press.az