Avstriyada keçirilən Prezident seçkilərində hazırkı dövlət başçısı Aleksander Van der Bellen mütləq səs çoxluğu ilə qalib gəlib.
İlkin nəticələrə görə, seçicilərin 54,6 faizi Van der Bellenin növbəti müddətə öz postunda qalmasına səs veriblər. 78 yaşlı dövlət başçısı seçkilərin ilk turunu uğurla keçdiyi üçün ikinci tura ehtiyac qalmayıb.
Avstriya Azadlıq Partiyasının (FPÖ) dəstəklədiyi Valter Rozenkrants seçkilərdə ikinci nəticəni göstərib. Onun lehinə 18,4 faiz seçici səs verib. Digər namizədlərdən Tassilo Valentin 8,4 faiz, Dominik Vlazni 8,2 faiz, Qerald Qros 5,8 faiz, Mixael Brunner 2,2 faiz və Haynrix Ştaudinqer 1,6 faiz səs toplaya biliblər.
Tehsil-press.az