Xəzər Universitetinin rektoru, dosent İradə Xəlilovanın və Həyat elmləri departamenti əməkdaşlarının dəvəti ilə İranın Royan İnstitutunun alimləri – tədqiqat işləri üzrə direktor müavini Parvanə Əfşari, təhsil üzrə direktor müavini Ruhullah Fəthi və beynəlxalq şöbənin əməkdaşı Vəhid Asgəri elmi səfərdə olublar.
Səfər çərçivəsində qonaqlar Xəzər Universiteti ilə elmi sahədə əməkdaşlıq edən və ortaq memorandumu olan Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun maddi texniki bazasında aparılan elmi tədqiqat işləri ilə tanış olub, alimlərlə ətraflı müzakirələr aparıblar.
Sonra Royan İnstitutunun alimləri “Dünya” məktəbinin tədris fəaliyyəti və məktəb şagirdlərinin stimullaşdırılması, keçirilən mövzuları daha yaxşı mənimsəmək üçün qurulan laboratoriyalarla tanış olublar.
Qeyd edək ki, Royan İnstitutunun əsas elmi istiqaməti kök hüceyrə texnologiyaları vasitəsilə xəstəliklərin müalicəsi, sonsuzluq problemlərinin aradan qaldırılması və klonlaşdırma texnologiyalarının tətbiqidir. Bu institutun önəmli nailiyyətlərindən biri Yaxın Şərqdə ilk dəfə olaraq, bir çox heyvanların, o cümlədən, qoyunun və keçinin klonlaşdırılmasıdır.
Tehsil-press.az