Xəzər Universitetində həyat elmləri departamentinin təşəbbüsü ilə İranın Təbriz Universitetinin Kənd təsərrüfatı fakültəsinin bitki seleksiyası və biotexnologiya departamentindən dəvət olunmuş professor Seyid Əbülqasım Məhəmmədi elmi seminar keçirib.
İkigünlük seminarda “Genetik ehtiyatlardan istifadə edərək, molekulyar seleksiyanın tətbiqi nəticəsində buğda bitkisinin məhsuldarlıq potensialının və stres davamlılığının artırılması” mövzusu araşdırılıb, dərman bitkilərinin molekulyar analizi barədə məlumat verilib.
İranlı professor buğda bitkisinin molekulyar seleksiyasının ən son biotexnologiya metodları vasitəsilə həyata keçirilməsi, eyni zamanda, dünyada sürətli seleksiya (speed breeding) üsulu haqqında ətraflı danışıb.
Sonda rektor İradə Xəlilova professor Seyid Əbülqasım Məhəmmədi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib, Xəzər Universitetində genomika və biometriya sahələrində təlim kurslarının keçirilməsi və birgə layihələrin planları haqqında fikir mübadiləsi aparıb. Qonağa sertifikat təqdim olunub.
Tədbir Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu, AMEA Genetik Ehtiyatlar İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan dəvət olunan alimlər, mütəxəssislər və tələbələrin iştirakı ilə keçirilib. İnteraktiv keçirilən seminar iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Tehsil-press.az