Xəzər Universitetinin doktorantı tələbələrə xarici ölkələrdə apardığı təcrübələrin nəticələrindən danışıb

Xəzər Universitetinin doktorantı tələbələrə xarici ölkələrdə apardığı təcrübələrin nəticələrindən danışıb Xəzər Universitetində Həyat elmləri departamentinin doktorantı Mujan Serpuş “Yabanı və becərilən arpa nümunələrinin genetik quruluşunun molekulyar markerlər tərəfindən qiymətləndirilməsi” mövzusunda seminar keçirib.
Mujan Serpuş İspaniyanın Cadiz Universitetində “Erasmus” mübadilə proqramı çərçivəsində və Almaniyanın IPK İnstitutunda bir ay qaldığı müddətdə apardığı təcrübələrin nəticələri haqqında məlumat verib.
Seminarda Xəzər Universitetinin rektoru, dosent İradə Xəlilova, Həyat elmləri departamentinin müdiri Asəf Ömərov, dosent Javid Ocaghi, doktorantlar və tələbələr iştirak ediblər.
Sonda suallar cavablandırılıb.

Mətbuat Xidməti



Oxşar xəbərlər