Fransanın nəyin bahasına olursa-olsun Azərbaycanla Ermənistan arasında vasitəçiliyə can atması həm də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin yaxından iştirakı və ciddi cəhdləri nəticəsində baş tutan Brüssel formatı çərçivəsində atılan önəmli addımlara qarşı yönəlib. Bu, həm də Fransanın üzvü olduğu Avropa İttifaqına münasibətdə də qeyri-səmimi davranışlarının, pozucu fəaliyyətinin, eləcə də öz maraqlarını İttifaqın mənafeyindən üstün tutmasının nümunəsi kimi də dəyərləndirilə bilər.
Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, şübhəsiz ki, bu xüsusda rəsmi Parisin beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən, BMT Nizamnaməsinin və Avropa İttifaqı haqqında Müqavilənin müvafiq müddəlarına, sülhü təşviq edən dəyərlərə zidd fəaliyyəti haqqında söz açmağa belə dəyməz.
Fransa tərəfdir və qatı ermənipərəst siyasət yürüdən erməni lobbisinin maraqlarından çıxış edir və istisnasız olaraq, bütün məsələlərdə Ermənsitanın yanındadır", - E.Mirzəbəyli qeyd edib.
O əlavə edib ki, Fransanın 30 ilə yaxın zaman kəsiyində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi neqativ və ikrah doğuran fəaliyyətini bu gün Azərbaycanda heç kim unutmayıb və unutmayacaq da. Azərbaycan vətəndaşları üçün Fransanın Ermənistandan bir fərqi var, bu da sözügedən ölkənin Azərbaycandan 4632 kilometr məsafədə yerləşməsidir: "İndiki şəraitdə Fransanın Brüssel formatına müdaxilə etmək cəhdləri isə şübhəsiz ki, rəsmi Parisin Avropa İttifaqını ayrıca bir təsisat kimi prosesdən kənarlaşdırmaq və ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunda olduğu kimi, Avropa İttifaqının adından çıxış etmək niyyəti ilə bağlıdır. Fransa Brüssel formatını mənimsəmək və Ermənistanın maraqlarının himayə olunduğu platformaya çevirmək istəyir. Bu baxımdan, Azərbaycan heç bir halda nəinki nəticəsi, hətta gedişatı indidən bəlli olan prosesə qatılmamalı və Fransanın iştirakı ilə keçirilən bütün görüşlərdən imtina etməlidir. Dünyanın müxtəlif ölkələrində, o cümlədən, Ruanda və Əlcəzairdə soyqırımı törədən, həmçinin, qondarma iddialar üzərindən başqalarını soyqırımı törətməkdə günahlandıran bir ölkə heç bir halda Ermənistanın 30 ilə yaxın bir müddət ərzində azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı cinayətlərinə, işğala, terrora, vandalizmə münasibətdə ədalətli mövqe sərgiləyə bilməz. Azərbaycan xalqının zərrə qədər də etimadı yoxdur və heç Azərbaycan-Ermənistan münasibətləri kontekstində də bu ölkənin adını belə eşitmək istəmir".
Tehsil-press.az