Sosial şəbəkələrdə yalan məlumat yayanlar həbs olunacaq

Sosial şəbəkələrdə yalan məlumat yayanlar həbs olunacaq Türkiyə parlamenti dezinformasiya ilə mübarizə haqqında qanun layihəsini qəbul edib.
Türkiyə Cəza Məcəlləsinə edilən dəyişikliyə görə, sosial şəbəkələrdə yalan xəbərlərin yayılması cinayət sayılacaq.
Bilə-bilə yalan məlumat yayma 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bu cinayət təşkilati fəaliyyət çərçivəsində törədildikdə, cəza ikiqat artırılır.

Tehsil-press.az

Oxşar xəbərlər