Rusiya Prezidenti Vladimir Putin Cinayət Məcəlləsinə (CM) hərbi xidmətlə bağlı düzəlişlər paketi imzalayıb.
Rusiya Cinayət Məcəlləsinə “Qarətçilik” maddəsi daxil edilib. Bu maddəyə əsasən, 6 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
“Könüllü əsir düşmə” maddəsi ilə təqsirləndirilən hərbçiləri isə 3 ildən 10 ilədək cəza gözləyir.
Fərarilər və çağırışla hərbi xidmətə gəlməyənləri 5 ildən 10 ilədək müddətə cəza ala bilərlər. Bu cəza həm müqavilə ilə xidmət göstərənlərə, həm ehtiyatda olub hərbi təlimlərə çağırılan şəxslərə aiddir.
Bundan əlavə, hərbi əmrin yerinə yetirilməməsi, döyüş əməliyyatlarında iştirakdan imtina, komandanlığın əmrinə etiraz və digər əməllər üçün də cəzalar sərtləşdirilib.
Bu əməllərin silahlı münaqişələr, səfərbərlik və ya hərbi vəziyyət zamanı törədilməsi ağırlaşdırılmış hal kimi qəbul olunacaq.
Tehsil-press.az