Daha bir ölkə Ukraynadakı səfirliyini bağladı

Daha bir ölkə Ukraynadakı səfirliyini bağladı Serbiya Respublikasının Ukraynadakı səfirliyi şəxsi heyətin mühafizəsi məqsədilə müvəqqəti olaraq bağlanıb.
Bu barədə diplomatik nümayəndəliyin saytında bildirilir.
“Bununla belə Serbiyanın Ukraynada olan bütün vətəndaşları üçün yardım gecə-gündüz göstərilməyə davam edəcək”, - konsulluq əlavə edib.
Həmçinin, Serbiya səfirliyi işçilərin Ukraynaya qayıtması üçün şərtlər yerinə yetirilənə qədər Belqraddan işləyəcəklərini bildirib.
Serbiyanın Ukraynadakı səfirliyinin nə qədər müddətə bağlı qalacağı hələlik məlum deyil.

Tehsil-press.az

Oxşar xəbərlər