Təhsil və peşə mərkəzlərinin fəaliyyətinə həsr olunmuş sərgi açılıb

Təhsil və peşə mərkəzlərinin fəaliyyətinə həsr olunmuş sərgi açılıb Təhsil və peşə mərkəzlərinin birinci tanıtım sərgisi təşkil olunub.
Gənclər və İdman Nazirliyi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının tərəfdaşlığı ilə keçirilən sərginin məqsədi təhsil və peşə mərkəzlərinin fəaliyyəti və xidmətləri haqqında ictimaiyyəti məlumatlandırmaq olub.
Yeni tədris ilinin başlanğıcında təhsili və karyerası ilə bağlı yeni qərarlar vermək istəyən şəxslər tədbirdə iştirak edən təhsil və peşə mərkəzlərinin xidmətləri haqqında ətraflı məlumat alıblar. Sərgi peşə təhsil müəssisələri üçün də öz xidmətlərini daha geniş auditoriyaya çatdırmaq fürsəti yaradıb.
Qeyd edək ki, sərgidə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, həmçinin Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi iştirak edib. İştirakçılara sözügedən peşə təhsil müəssisələri haqqında ətraflı məlumat verilib. Həmçinin tələbələrin əl işləri sərginin qonaqlarına nümayiş etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər