Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsilinin təşviq edilməsi istiqamətindəki təşəbbüslərini davam etdirir. Bu məqsədlə, Avropa İttifaqının maliyyələşdirdiyi “Gələcək üçün peşə təhsili” layihəsinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi Bakı Ekspo Mərkəzində keçirilən 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisində iştirak edib.
Sərgidə peşə təhsili mərkəzlərinin nümayəndələri tikinti və inşaat ilə əlaqəli sahələrdə cari resursları barədə iştirakçılara məlumat verir, özəl sektor şirkətləri ilə B2B görüşlərdə iştirak edir, eləcə də bazarın mövcud tələbələri haqqında daha çox məlumat əldə etmək və müxtəlif qurumlarla əməkdaşlıq qurmaq imkanı əldə edirlər.
Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzəalıyev sərgini ziyarət edərək peşə təhsilinin təbliği istiqamətində əməkdaşlıq haqqında məlumat verib.
“Gələcək üçün peşə təhsili” layihəsi tərəfdaşlıq imkanları haqqında müzakirələr aparılması məqsədilə bu sərgidə iştirak edən müvafiq şirkətlər üçün “Açıq qapı” günləri və dəyirmi masalar keçirməyi planlaşdırır.
Tehsil-press.az