Paytaxtdakı 229 nömrəli tam orta məktəbdə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Azərbaycan-Slovakiya dostluğuna həsr olunan tədbir keçirilib.
Milli Olimpiya Komitəsinin 30 illiyi ilə bağlı təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri məktəbin direktoru Vüsalə Məmmədova açaraq OCEP çərçivəsində məktəb şagirdlərinin uğurları barədə məlumat verib.
BŞTİ müdiri Mehriban Vəliyeva Azərbaycan tarixinin ən mühüm günlərindən biri olan 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolundan və qazandığı uğurlardan danışıb. İdarə müdiri olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülh və dostluğu təşviq edən “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində ölkəmizdə təşkil olunan tədbirləri yüksək qiymətləndirib.
Ölkəmizin dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini, Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edən M.Vəliyeva respublikamızda idman infrastrukturunun yenilənərək müasir standartlara cavab verən səviyyəyə gətirilməsində və idmanın kütləviliyinin artırılmasında Milli Olimpiya Komitəsinin xidmətlərinin danılmaz olduğunu vurğulayıb.
İdarə müdiri OCEP çərçivəsində Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalı günlərində Azərbaycan guşəsinin rəsmi açılışında ölkəmizi Bakının 229 nömrəli tam orta məktəbinin şagirdlərinin təmsil etdiyini xatırladıb.
Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmana və idmançılara yüksək diqqət və qayğı göstərildiyini bildirib. H.Salmanov “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın əsas məqsədinin Avropa Olimpiya Komitələrinə üzv ölkələrin uşaq və gəncləri vasitəsilə mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdən ibarət olduğunu diqqətə çatdırıb.
Görüşdə çıxış edənlər OCEP layihəsinə qoşulmuş məktəblərin Azərbaycanı başqa ölkələrdə tanıtmaqla yanaşı, həm də Avropa ölkələrinin tarixi, mədəniyyəti, incəsənəti və idmanının ölkəmizdə təbliğindəki rolundan bəhs ediblər.
Tədbirdə şagirdlərin ifasında slovak rəqsi və ədəbi-bədii kompozisiya nümayiş olunub. Görüşdə Milli Olimpiya Komitəsinin Marketinq departamentinin direktoru Səkinə Vəliyeva, Nizami Rayonu İcra Hakimiyyətinin şöbə müdiri Əli Axundov, BŞTİ-nin struktur bölmə rəhbərləri, Avropa və dünya çempionları Rəsul Çunayev, Mariya Stadnik, məktəb direktorları və digər qonaqlar iştirak ediblər.
Tehsil-press.az