Paris Böyük Məscidi 100 illiyini qeyd edir

Paris Böyük Məscidi 100 illiyini qeyd edir Birinci Dünya müharibəsində həlak olmuş müsəlman əsgərlərə ehtiram olaraq tikilmiş Paris Böyük Məscidi bu gün 100 illiyini qeyd edir.
Birinci Dünya müharibəsi zamanı Fransa ordusunun müsəlman inanclı 70 min əsgəri həlak olub. Bu müsəlman əsgərlərin fədakarlığına hörmət əlaməti olaraq Parisdə 1920-ci ildə məscid, kitabxana və konfrans zalı da daxil olmaqla Müsəlman İnstitutunu nəzərdə tutan qanun layihəsi parlamentdə səsə qoyulur və qəbul edilir. 1922-ci ilin martında ibadət zalının Məkkə istiqamətində olması ilə bağlı qərar qəbul olunur. Həmin il oktyabrın 19-da hərbi sərkərdə və Fransanın Mərakeşdə müstəmləkəçiliyinin rəmzi siması olan marşal Uber Lyoteyin iştirakı ilə gələcək məscidin təməlinin qoyulması təntənəli şəkildə qeyd edilir. Məscidin tikintisi 4 il davam edir və 1926-cı ildə məscidin rəsmi açılışı olur.
Bildirilir ki, prezident Emmanuel Makron Paris Böyük Məscidinin 100 iliyinə həsr edilmiş tədbirə qatılacaq və məscidin önündə respublikanın müsəlman əsgərlərə minnətdarlığını əks etdirən lövhəni açacaq.

Tehsil-press.az


Oxşar xəbərlər