Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi “Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması” adlı layihəsinin icrasını davam etdirərək Azərbaycan Dillər Universitetində (ADU) növbəti konfransını keçirib.
Tədbiri giriş sözü ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin idarə heyətinin üzvü Günay Hacıyeva açaraq layihə haqqında geniş məlumat verib. O qeyd edib ki, qloballaşmanın milli-mənəvi dəyərlərimizə müsbət və mənfi təsirləri vardır. O, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və təbliği, mədəniyyətlərarası dialoqun təşkili və təşviqi sahəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyətini, Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələrini xüsusi qeyd edib.
“Dialoq və İnkişaf Naminə” İctimai Birliyin sədri Çingiz Bayramov layihənin əhəmiyyətindən danışıb. O bildirib ki, dövlətimiz qloballaşmanın milli irs və adət-ənənələrimiz üçün yaratdığı təhdidlərin qarşısını almaq məqsədilə bir sıra təsirli tədbirlər görüb və bu proses indi də davam etməkdədir. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və inkişaf etdirilməsi, təkcə dövlət qurumlarının üzərinə düşən məsuliyyət deyil, bütün cəmiyyət, hər bir vətəndaş bu işlə məşğul olmalıdır, bu bizim həm mənəvi borcumuz, həm də konstitusion vəzifəmizdir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov Fondun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Azərbaycanın milli-mənəvi dəyərləri dövlət səviyyəsində qorunaraq təbliğ olunur. Son vaxtlarda həyata keçirilən layihələr mənəvi dəyərlərimizin inkişafı istiqamətinə yönəlmişdir. Mənəvi dəyərlər sisteminin əsasını ailə, böyüklərə ehtiram, humanistlik, mərhəmət, xeyirxahlıq, əxlaq, sülhsevərlik, vətənpərvərlik, dini dəyərlərə hörmət təşkil edir. Onların qorunması daim dövlətin diqqət mərkəzindədir. Bu gün şəhid ailələrinin, müharibə veteranlarının, valideyn himayəsindən məhrum olmuş uşaqların, aztəminatlı ailələrin, qaçqınların və məcburi köçkünlərin, fiziki imkanları məhdud insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunması həm sosial, həm də mənəvi sahədə həyata keçirilən siyasətin bariz nümunəsidir.
Tədbirdə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekan müavini professor Əli Məmmədov deyib ki, gənclərdə milli-mənəvi dəyərlərin inkişafı, onların qloballaşan dünyada öz istiqamətlərini itirməməsi üçün əvəzsiz rol oynayır. Gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişmələrinin vacibliyini vurğulayan professor diqqətə çatdırıb ki, onların bu ruhda yetişmələri milli məfkurəmizin gələcək nəsillərə ötürülməsinə, xalqımızın tarixi azərbaycançılıq ideyalarının daha da inkişaf etməsinə gətirib çıxaracaqdır.
“Dialoq və İnkişaf Naminə” İctimai Birliyi idarə heyətinin üzvü Aydın Talışinskiy türk və İslam sivilizasiyasının ayrılmaz və mühüm parçası olmağımızdan əldə olunan zənginliyimizdən, necə tolerant və multikultural nümunəvi ölkə olaraq inkişaf etməyimizdən danışıb. “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi İdarə Heyətinin üzvü Vidadi Məmmədov Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirlərini diqqətə çatdırıb. Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizi, azərbaycançılığı milli bir ideologiya kimi irəli sürdüyünü və indiki, eləcə də gələcək nəsillərin bu dəyərlərə bağlı fəaliyyət göstərmələrini gənclərə tövsiyə edib. Vidadi Məmmədov bildirib ki, Azərbaycan Dillər Universitetinin tələbələri milli-mənəvi dəyərlərimizin müxtəlif sosial şəbəkələr vasitəsi ilə də təbliğ olunmasında hər bir azərbaycanlı kimi onların da mənəvi borcu olduğunu və gəncləri bu sahədə daha da fəal olmağa dəvət edib.
“İqtisadi Araşdırmalar və Təhlil Mərkəzi”nin rəhbəri, Xəzər Universitetinin müəllimi Radil Fətullayev bildirib ki, tarixin bütün dövrlərində Azərbaycan dini dəyərlərə və müxtəlif dinlərin mənsublarına münasibətinə görə, sözün əsl mənasında tolerantlıq nümunəsi olub. Müxtəlif zaman kəsiklərində işğallara məruz qalmasına, müxtəlif xalqlar tərəfindən assimilyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və birgə yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşması və inkişafına mühüm töhfələr verib.
İctimai fəal Samir Pənahəliyev tələbə-gənclərə ictimai fəal olmağı, bu sahədə ardıcıl mübarizə aparmağı arzulayaraq, hər bir vətəndaşımızın arxa cəbhədə milli və mənəvi dəyərlərimizin qorunması naminə fəaliyyət göstərmələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbir tələbələrin sualları və maraqlı çıxışları ilə yekunlaşıb.
Tehsil-press.az