ADNSU-da “Təhsil Qrantı” layihəsinin təqdimatı olub

ADNSU-da “Təhsil Qrantı” layihəsinin təqdimatı olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Gənclər Fondunun elan etdiyi “Təhsil Qrantı” müsabiqəsinin təqdimat mərasimi keçirilib.
Universitetin müəllim və tələbələrinin iştirak etdiyi tədbirdə Gənclər Fondunun əməkdaşı Emil Yusifov müsabiqə haqqında məlumat verib. O bildirib ki, Gənclər Fondu sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqəni elan edib. Müsabiqənin əsas məqsədi təhsilin gənclər üçün daha da əlçatan edilməsi və insan kapitalının inkişafına dəstəyin göstərilməsidir.
Görüşdə diqqətə çatdırılıb ki, qrant layihəsində 2021-2022 və ya 2022-2023-cü tədris illəri üzrə sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil haqqı xərclərinin qarşılanması nəzərdə tutulur. Ali təhsil və orta təhsil müəssisələrinin tələbələrinə şamil ediləcək müsabiqədən əyani və qiyabi təhsilalma formaları üzrə bakalavriat və magistratura pilləsində təhsil alan tələbələr yararlana biləcəklər.
Sonda müsabiqə ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər