Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin başlanması ilə əlaqədar ali məktəblərdə təqdimatları davam edir.
Mayın 8-də Azərbaycan Dillər Universitetində (ADU) Gənclər Fondunun təqdimatı keçirilib.
Tədbirdə Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun məsləhətçisi Ayşə Məhərrəmova mayın 15-dək davam edəcək müsabiqədə hər bir tələbənin iştirak edə biləcəyini qeyd edib. O, deyib ki, layihələr tələbələrin sosial vəziyyətinin, məişət şəraitinin, onların elmi və bədii yaradıcılığının inkişafını dəstəkləmək məqsədi daşımalıdır.
A.Məhərrəmova ali məktəblərdə silsilə xarakterli təqdimatların 10-cu qrant müsabiqəsində gənclərin və tələbələrin iştirakının fəallığını artırmaq, onları məlumatlandırmaq məqsədi ilə keçirildiyini bildirib.
Bundan başqa görüşdə tələbələrə Gənclər Fonduna müraciət qaydaları, onlayn qeydiyyat, layihənin təqdim edilməsi ilə bağlı və digər zəruri məlumatlar verilib.
Qeyd edək ki, Gənclər Fondunun elan etdiyi qrant müsabiqələrinin məqsədi gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir.

ADU-nun Mətbuat Xidməti