Sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi müsabiqəsi keçirilib. Müsabiqə nəticəsində Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin tələbəsi Aysel Məmmədovanın, Tərcümə fakültəsinin tələbələri Ülkər Ağayeva və Səbinə Qədirovanın təhsil xərclərinin Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən ödənilməsi barədə qərar qəbul edilib. Bu barədə Tehsil-press.az-a BSU-nun mətbuat xidmətindən məlumat verilib.
BSU-nun müsabiqənin qalibi olmuş tələbələri bildiriblər ki, keyfiyyətli təhsilin gənclər üçün əlçatanlığının artırılması, yüksək intellekt səviyyəsinə, sağlam və müasir düşüncəyə malik, milli-mənəvi dəyərlərə sadiq vətənpərvər gəncliyin yetişdirilməsi, eləcə də sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Tələbə-gənclər təhsilin inkişafına və gənclərə göstərilən hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıq ediblər. Onlar, həmçinin göstərilən xüsusi diqqət və qayğıya görə Təhsil naziri Ceyhun Bayramova və BSU-nun rektoru, professor Nurlana Əliyevaya təşəkkürlərini bildiriblər.

BSU-nun Mətbuat Xidməti