Ukrayna Belarusu “işğal olunmuş ölkə” elan edə bilər

Ukrayna Belarusu “işğal olunmuş ölkə” elan edə bilər Ukrayna Ali Radasına Belarusu müvəqqəti işğal olunmuş ölkə kimi tanımaq haqqında sənəd daxil olub.
Bu barədə Ukrayna parlamenti məlumat yayıb.
Məlumatda bildirilib ki, sənədi bir qrup xalq deputatı təqdim edib.
Xalq deputatı Aleksey Qonçarenko deyib ki, qətnamədə qeyd olunub:
– Belarus ərazisinin Rusiya Federasiyası tərəfindən müvəqqəti işğal edilmiş ərazi kimi tanınması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət haqqında;
– Lukaşenko hökumətinin beynəlxalq hüquq subyektliyindən məhrum edilməsi;
– Belarusun BMT, BVF və başqa beynəlxalq təşkilatlarda iştirakına xitam verilməsi;
– Rusiya Federasiyası və Belarusa qarşı sanksiyaların işğal olunmuş ərazi kimi sinxronlaşdırılması, Rusiyanın Belarus vasitəsilə sanksiyalardan yan keçməsi və ondan ofşor zona kimi istifadə etməsi imkanlarının aradan qaldırılması.
“Vətəndaşlarımızı öldürməkdə, evlərimizi və infrastrukturumuzu dağıtmaqda Lukaşenko Putinə kömək edir. Rusiya artıq Belarusun de-fakto ilhaqını həyata keçirib, Lukaşenko isə ancaq rus diktatorunun kaprizlərini yerinə yetirir. Bu qanunsuz rejimə maksimum təzyiq göstərmək lazımdır! ”, - deyə siyasətçi qeyd edib.

Tehsil-press.az



Oxşar xəbərlər