Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində Koreya Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Koreya Fondu və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə Koreya kinofestivalı keçirilib. Festivalda həm Koreya Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri, həm də ADU-nun tələbə və müəllim heyəti iştirak edib.
Tərcümə fakültəsinin dekan müavini Malik Kərimli tədbirin ölkələrarası əlaqələrin inkişafı məqsədilə keçirildiyini qeyd edib və təşkilatçılara öz təşəkkürünü bildirib.
Rəsmi açılış hissəsindən sonra 2013-cü il istehsalı olan “Fizioqnomist” və 2017-ci ildə lentə alınan “Taksi sürücüsü” adlı Koreya filmləri nümayiş etdirilib. Azərbaycan dilində altyazı ilə nümayiş olunan filmlər Tərcümə fakültəsinin Koreya dili ixtisası üzrə təhsil alan tələbələri tərəfindən tərcümə edilib.
Tehsil-press.az