Azərbaycan Dillər Universitetində “Koreya güşəsi”nin açılışı olub

Azərbaycan Dillər Universitetində “Koreya güşəsi”nin açılışı olub Azərbaycan Dillər Universitetində “Koreya güşəsi”-nin açılışı olub. Açılışda Koreyanın Azərbaycandakı səfiri Kim Tonq-op, Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova və rektorun məsləhətçisi Anar Osmanlı iştirak edib.
Açılış nitqi ilə çıxış edən prorektor Jalə Qəribova göstərilən dəstəyə görə Koreya fondu və Koreyanın Azərbaycandakı səfirliyinə dərin təşəkkürünü bildirib.
Səfir Kim Tong op isə öz çıxışında çox az ölkələrdə Koreya guşəsi və mərkəzinin bir arada olduğunu qeyd edərək, Koreya Mədəniyyət mərkəzinin uğurlu fəaliyyətini xüsusilə ilə vurğulayıb. Rəsmi açılışdan sonra səfir universitet rəhbərliyi və Koreya dili tərcümə ixtisası üzrə təhsil alan tələbələrlə səmimi söhbət edib.
Koreya fondunun maliyyə dəstəyi ilə açılan Koreya guşəsində çoxlu sayda kitab və multimedia materialları var ki, Koreyaya marağı olan hər kəs bu materiallardan istifadə edə biləcək. Guşədə eyni zamanda milli geyimlər və suvenirlər də sərgilənib.
Universitet nəzdində Koreya guşəsinin açılması Koreya ilə ikitərəfli münasibətlərin daha da inkiafına təkan verəcək.

ADU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər