Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Cizgi filmləri və nağılların 3-5 yaşlı uşaqların inkişafında rolu” mövzusunda tələbə elmi-praktik konfrans təşkil edilib.
Konfransı filialın elmi işlər üzrə direktor müavini Nuralı Çələbiyev açaraq, mövzunun aktuallığını qeyd edib. O, cizgi filmləri və nağılların psixoloji tərəflərinin elmi əsaslarla, yaşa müvafiq qaydada seçilməsinin vacibliyini diqqətə çatdırıb.
Baş müəllim Səadət Feyzullayeva cizgi filmləri, nağıl qəhrəmanları və oyuncaqlara olan müasir tələblərdən danışıb, onların uşaqların təfəkkürünün, sosial intellektinin formalaşmasında böyük rolunu qeyd edib.
Konfransda tələbələrin - Rəvanə Bayramovanın “Tıq-tıq xanım” nağılının müasir baxışdan təhlili”, Aişəgül Pirimovanın “Cizgi filmlərinin 3-5 yaşlı uşaqların inkişafına təsiri”, Səbinə Mustafabəylinin “Uşaqların inkişafında əmək tərbiyəsinin və yaradıcılıq işlərinin rolu”, Fəridə Hüseynovanın “Kukla teatrı”, Fərqanə Hacı-Xəlilovanın “Oyuncaqlar” mövzusunda çıxışları dinlənilib.
Sonra pedaqoji fakültənin dekanı Xalidə Abdullayeva yekun nitqi ilə çıxış edərək, konfransın praktik əhəmiyyətini vurğulayıb.
Tədbirdə məktəbəqədər təlim və tərbiyə ixtisasının tələbələri tərəfindən hazırlanan “Şəngülüm, şüngülüm, məngülüm” kukla teatrı nümayiş etdirilib.
Layihə çərçivəsində təşkil olunan “İkinci həyat” - oyuncaqlar sərgisi böyük marağa səbəb olub. Sərgidə məktəbəqədər təlim və tərbiyə ixtisasında təhsil alan tələbələrin yumşaq, aplikasiya və təbii materiallardan hazırladıqları əl işləri - oyuncaqlar nümayiş etdirilib.
Tehsil-press.az