Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dinşünaslıq ixtisası üzrə təhsil alan ΙΙ kurs tələbələri ali təhsil müəssisəsinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Aliyə Mürsəlovanın müşayiəti ilə Bakıdakı Ali-Mələk Mikayıl Kilsəsini ziyarət ediblər.
Kilsənin ziyarəti ölkəmizin dini müxtəlifliyinin öyrənilməsi çərçivəsində təşkil olunub.
Rəbbin Günü ibadətinin sonunda kilsənin baş keşişi, protoiyerey Mefodiy Əfəndiyev tələbələrə “sual-cavab” formatında xristianlığın yaranması, əsasları, pravoslav kilsəsinin quruluşu, yerinə yetirilən ibadətlər və s. haqqında danışıb.
Xatırladaq ki, ali təhsil müəssisəsi tələbələrin dünyagörüşlərinin, intellektual səviyyələrinin, mənəvi dünyalarının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, onlara mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması istiqamətində ardıcıl seminarlar, konfranslar, görüşlər, səfərlər və kurslar təşkil edir.
Tehsil-press.az