Azyaşlıları küçə ticarətinə cəlb edən şəxs həbs edilib

Azyaşlıları küçə ticarətinə cəlb edən şəxs həbs edilib Azyaşlıları küçə ticarətinə cəlb edən şəxs polis tərəfindən müəyyən olunaraq inzibati məsuliyyətə cəlb edilib.
Paytaxtın mərkəzi küçələrində azyaşlılar vasitəsilə gül, salfet, ətir və digər əşyalarının satışını təşkil edən 1984-cü il təvəllüdlü İbrahim Mustafayev barəsində məhkəmə qərarı ilə 30 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Tehsil-press.az

Oxşar xəbərlər