Rusiyada ağır cinayət törədənlər də səfərbərliyə çağırılacaq

Rusiyada ağır cinayət törədənlər də səfərbərliyə çağırılacaq Rusiya Prezidenti Vladimir Putin bəzi ağır cinayətlərə görə götürülməmiş və yaxud çəkilməmiş məhkumluğu olan vətəndaşların səfərbərlik çərçivəsində hərbi xidmətə cəlb edilməsinə icazə verən qanunu imzalayıb.
Bununla yanaşı, burada istisnalar da olacaq. 
Belə ki, bu qanun yetkinlik yaşına çatmayan şəxsin cinsi toxunulmazlığına qarşı cinayət, terror aktı, girov götürmə, qanunsuz silahlı qruplaşma təşkil etmə, hava, su və yaxud dəmiryolu nəqliyyat vasitəsinin qaçırılması kimi cinayət törədən şəxslərə şamil edilməyəcək.

Tehsil-press.az


Oxşar xəbərlər