Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına “Cinayət ierarxiyasında üst mövqe tutanlar”la bağlı cinayət kodeksinin yeni maddəsi üzrə qanun layihəsi təqdim edəcək.
Putinin fikrincə, kriminal avtoritetlər cinayət aləmindəki mövqelərindən istifadə edərək məsuliyyətdən yayına bilirlər. Üstəlik, belə şəxslərlə bağlı hər hansı cinayət məsuliyyəti nəzərdə tutulmayıb.
Prezident hesab edir ki, artıq bununla bağlı tədbirlər görmək lazımdır və avtoritetlər üçün 8 ildən 15 ilədək həbs müddəti nəzərdə tutulmalıdır. Bununla yanaşı, onlar üçün 5 milyon rubl cərimə, 5 il müddətinə gəlir məbləğindən və ya əmək haqqından məhrumetmə cəzası veriləcək.
Tehsil-press.az