Yaponiya və Çin liderləri 3 ildən sonra bir araya gələcək.
Bunu “Kyodo” agentliyi diplomatik mənbələrə istinadən bildirib.
Məlumata görə, Çin lideri Si Cinpin Yaponiyanın Baş naziri Fumio Kişida ilə Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) Sammitində görüşəcək.
Bildirilib ki, görüş zamanı Yaponiya lideri ikitərəfli və regional münasibətlərdə diplomatiya imkanlarını, o cümlədən Tayvan boğazı ətrafındakı problemlərə dialoq yolu ilə həll yollarını axtaracaq.
Qeyd edək ki, sammit noyabrın 10-13-də Kambocanın paytaxtı Pnompendə keçiriləcək.
Tehsil-press.az