Bu ailələrə uşaqpulu verilməsi təklif edilir

Bu ailələrə uşaqpulu verilməsi təklif edilir “Azad olunmuş ərazilərə qayıdan ailələrə uşaqpulu verilməsi yaxşı nümunə olardı”.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc bildirib.
Deputat, eyni zamanda qeyd edib ki, Azərbaycanda son illər 0-19 yaşında olan insanların sayı azalır, 65 yaşından yuxarı olan şəxslərin sayı isə artır: “Təklif edirəm ki, azad edilmiş ərazilərdə həm məskunlaşma, həm də demoqrafik vəziyyət baxımından uşaqpulları məhz oradakı vətəndaşlara verilsin”.

Tehsil-press.az


Oxşar xəbərlər