Dünya liderlərindən Türkiyəyə başsağlığı mesajları

Dünya liderlərindən Türkiyəyə başsağlığı mesajları İstanbulun İstiqlal küçəsində baş verən partlayışda ilkin məlumata görə, 6 nəfər həyatını itirib, 53 nəfər isə yaralanıb.
Partlayışdan sonra dünya liderləri Türkiyəyə başsağlığı verib.
Liderlərin başsağlığı mesajları belədir:
Azərbaycan Prezidenti İlham Əliyev: İstanbulun mərkəzində partlayış xəbəri bizi çox sarsıtdı. Faciə ilə əlaqədar, həlak olanların ailələrinə və yaxınlarına, öz adımdan və Azərbaycan xalqı adından, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Ukrayna Prezidenti Vladimir Zelenski: İstiqlal küçəsində baş verən partlayış nəticəsində çoxlu sayda insanın öldüyü və yaralandığı xəbərini dərin hüznlə öyrəndim. Həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. Dost türk xalqının dərdi bizim dərdimizdir.
Pakistanın Baş naziri Şahbaz Şərif: Pakistan hökuməti və xalqı həyatını itirən qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edir.

Tehsil-press.az


Oxşar xəbərlər