PA-da ona vəzifə verildi

PA-da ona vəzifə verildi “Yüksəliş” müsabiqəsinin qalibi Tural Feyzullayevə Prezident Administrasiyasında vəzifə verilib.
O, qurumun Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri təyin olunub.
Qeyd edək ki, T.Feyzullayev Dövlət İdarəçilik Akademiyasını bitirib, daha sonra təhsilini Fransanın Tuluz Universitetində davam etdirib. O, müxtəlif illərdə Mərkəzi Bankda, Maliyyə Bazarlarına Nəzarət Palatasında aparıcı vəzifələrdə çalışıb. 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2021-ci ildə birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.

Tehsil-press.az


Oxşar xəbərlər