“Yüksəliş” müsabiqəsinin qalibləri təltif olunub

“Yüksəliş” müsabiqəsinin qalibləri təltif olunub ADA Universitetində “Yüksəliş” müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib.
Tədbirdə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ADA Universitetinin rektoru Hafiz Paşayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Təşkilat Komitəsinin üzvü Milli Məclisin deputatı Ülvi Quliyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.
Təşkilat Komitəsinin sədri və üzvləri, o cümlədən ADA Universitetinin rəhbəri öz çıxışlarında qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Müsabiqənin uğurlu təşkilindən söz açan komitə üzvləri ikinci dəfə baş tutan “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərin aşkara çıxarılması və formalaşmasında oynadığı əhəmiyyətli rolu vurğulayıb, müasir idarəçiliyin tələblərinə və rəqabətli insan kapitalının önəminə diqqət çəkiblər.
Qaliblər “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin rəhbəri və üzvləri tərəfindən diplomla təltif edilib.
Qeyd edək ki, qalibləri 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərində pul mükafatı gözləyir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Qaliblərin adlarını təqdim edirik:
1. Məmmədli Emil
2. Tairquliyeva-Nağıyeva Arzu
3. Hüseynov Mustafa
4. Əhmədov Əli
5. Hüseynov Elmir
6. Həziyev Elşən
7. Əzimov Azər
8. İsa-zadə Şöhrət
9. İsmayıllı İlyas
10. Ziyadov Elkiyar
11. Nağıyev Camal
12. Mahmudov Hüseyn
13. İsayev Fərid
14. Məhərrəmli Fərrux
15. Sultanlı Xanbaba
16. Balakişiyeva Nərgiz
17. Abulov Ramil
18. Məsimzadə Nihad
19. Rəsulova Mehriban
20. Hüseynov Etibar
21. İsmayılova Nərgiz
22. Bayramova Vüsalə

Tehsil-press.az



Oxşar xəbərlər