“Yüksəliş” müsabiqəsinin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir

“Yüksəliş” müsabiqəsinin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihənin qaliblərindən biri olan Nazim Novruzovla görüşüb.
Görüşdə fərdi inkişaf planı əsasında görülmüş işlər təhlil edilib, növbəti bir ay üçün qarşılıqlı fəaliyyət planlaşdırılıb. Həmçinin mentor tərəfindən korporativ idarəçilik, menecmentin metodları və idarəetmədə onların roluna dair suallar cavablandırılıb. Daha sonra qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən İdarə Heyətinin sədri proqram çərçivəsində müsabiqə qalibinin öz potensialını üzə çıxarmasına dəstək göstərəcəyini bir daha diqqətə çatdırıb. Nazim Novruzov mentor ilə birgə layihələrdə işləməklə daha çox idarəçilik təcrübəsi qazanmaqda maraqlı olduğunu bildirib, faydalı məsləhətlərə və Səhmdar Cəmiyyətin müxtəlif struktur-bölmələrinin fəaliyyəti ilə tanışlıq məqsədilə yaradılan şəraitə görə təşəkkür edib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Tehsil-press.az


Oxşar xəbərlər