Elm və təhsil naziri Özbəkistanda görüşlər keçirib

Elm və təhsil naziri Özbəkistanda görüşlər keçirib Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistana səfəri çərçivəsində bu ölkənin ali və orta ixtisas təhsili naziri Abdukodir Toşkulov ilə görüşüb. Tərəflər ali və orta ixtisas təhsili sahəsində təcrübə mübadiləsi, təhsil müəssisələrinin birbaşa əməkdaşlığı və digər məsələlər ətrafında müzakirələr aparıblar.
Emin Əmrullayev həmçinin “Erkən uşaqlıq dövründə qayğı və təhsil” beynəlxalq konfransı çərçivəsində UNICEF-in Mərkəzi Asiya və Avropa üzrə regional direktoru Afşan Xan ilə görüşüb.
Görüş zamanı nazir “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinin uğurla icra olunduğunu bildirib. Eyni zamanda tərəflər qarşılıqlı maraq kəsb edən digər sahələr üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər