Mingəçevir Dövlət Universitetində iqlim dəyişikliklərinə qarşı mübarizə mövzusunda seminar keçirilib

Mingəçevir Dövlət Universitetində iqlim dəyişikliklərinə qarşı mübarizə mövzusunda seminar keçirilib Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə tələbə və magistrantlar üçün “İqlim dəyişikliklərinə qarşı mübarizə" mövzusunda seminar keçirilib.
Mərkəzin mütəxəssisi İlhamə Məmmədova seminarın tələbə gənclərin dünyada baş verən iqlim dəyişiklikləri və ekoloji problemlərə diqqətini çəkmək, qlobal səviyyədə iqlim böhranı ilə mübarizə yolları haqqında onların məlumatlılığını artırmaq məqsədi daşıdığını qeyd edib.
Sonra MDU-nun Fizika və ekologiya kafedrasının müəllimi Aytac Cavadova təqdimatla çıxış edərək qlobal istiləşmənin səbəbləri, ağır ekoloji nəticələri və onların qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, iqlim dəyişikliyinə qarşı mübarizədə gənclərin rolundan bəhs edib və tələbələrin suallarını cavablandırıb.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tehsil-press.az

Oxşar xəbərlər