12 mart 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) doktorant, dissertant və gənc tədqiqatçıların iştirakı ilə “Elm Gününə” həsr edilmiş elmi-nəzəri seminar keçirilib. Seminarda universitetin professor-müəllim və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən seminarda MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran universitetin prorektor əvəzi Veysəl Əyyubov “Elm Günü” çərçivəsində MDU-da silsiləvi olaraq keçirilən tədbirlərin əhəmiyyətindən danışıb və sözügedən elmi-nəzəri seminarın proqramı haqqında ətraflı məlumat verib
Seminarda MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi Gülxar Yusibova “Verbal nitq və informasiya seqmentinin strukturlaşması” mövzusunda, Sənayenin təşkili və idarəetmə kafedrasının baş müəllimi Zaur Rəsulov “İşgüzar təşkilatlarda karyeranın idarə edilməsi sisteminin bəzi parametrləri” mövzusunda, Fizika və ekologiya kafedrasının müəllimi Aytac Cavadova “Lənkəran–Astara bölgəsində yayılan efir yağlı bitkilərin bioekoloji və davamlılıq xüsusiyyətləri” mövzusunda, İqtisadiyyat kafedrasının müəllimi Cəlil Bağırov “Turizm, yaradıcı düşüncə və inkişaf” mövzusunda, Pedaqoji fakültəsinin əməkdaşı Şəbnəm İsmayılova “Ətraf mühitin qorunmasında Günəş enerjisindən istifadənin rolu” mövzusunda, Xarici dillər kafedrasının müəllimi Aynur Əzizova “Müasir Azərbaycan dövri mətbuatında vətənpərvərlik və qələbə motivləri” mövzusunda, Sənayenin təşkili və idarəetmə kafedrasının müəllimi Saqib Məmmədov “Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin təmin olunmasında iqtisadiyyatın diversifikasiyasının əhəmiyyəti” mövzusunda, Humanitar fənlər kafedrasının müəllimi Ayna Babazadə “Əzizə Cəfərzadə yaradıcılığı tədqiqatlarda” mövzusunda və İqtisadiyyat kafedrasının müəllimi Yeganə Məmmədli “İnvestisiya qoyuluşlarının aqrar sahənin modernləşmə prosesinə cəlb edilməsi imkanları” mövzusunda məruzələrlə çıxış ediblər.
Böyük maraqla qarşılanan məruzələr seminar iştirakçılarının geniş müzakirəsinə səbəb olub.
Qeyd edək ki, MDU-da gənc tədqiqatçıların səmərəli elmi fəaliyyətininin təşkili istiqamətində zəruri şərait yaradılır və elmi tədqiqat nəticələrinin təqdim olunmasına imkan verən tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verilir.
Tehsil-press.az