Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 27 Mart - Azərbaycan Respublikasında Elm Gününə həsr olunan tədbirlər çərçivəsində “Azərbaycanın dağ-kserofit bitkiliyinə iqlim dəyişkənliklərinin təsiri, nəticələri və proqnozu” mövzusunda elmi seminar keçirilib.
Seminarda Botanika və bitki fiziologiyası kafedrasının dosent əvəzi Asim Səfərov mövzu üzrə məruzə edib. Məruzədə son 150-200 ildə planetdə baş verən iqlim dəyişkənliyinin Yer kürəsinin bitki örtüyünə təsiri, bunun nəticəsində yaranan deqradasiyaların müasir vəziyyəti təhlil olunub.
A.Səfərov, həmçinin Azərbaycanın bitki örtüyündə mühüm elmi-praktik əhəmiyyət kəsb edən, digər bitkilik tiplərindən özünəməxsus bioekoloji əlamət və xüsusiyyətləri ilə fərqlənən dağ-kserofit bitkiliyinin müasir vəziyyətindən bəhs edib. O bildirib ki, meşə bitki örtüyü sahələrinin antropogen və təbii faktorların təsiri nəticəsində kəskin surətdə azalması, planetdə səhralaşma probleminin genişlənməsi, texnogen faktorların atmosferi çirkləndirməsi, dünya okeanında mövcud olan təbii proseslərin normal axınında pozuntular, daimi sualtı axınların istiqamətinin dəyişməsi və s. ciddi ekoloji problemlər olaraq qalır.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Tehsil-press.az