UNEC-də seminar: gənclər insan alverinə qarşı mübarizə ilə bağlı məlumatlandırılıb

UNEC-də seminar: gənclər insan alverinə qarşı mübarizə ilə bağlı məlumatlandırılıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İnsan alveri və əməyin istismarına qarşı mübarizə” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Narkotiklərə Qarşı Təbliğat İctimai Birliyi tərəfindən təşkil olunub. Seminarda UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov insan alveri və əməyin istismarı ilə bağlı mübarizəyə dair gənclərin maarifləndirilməsinin vacibliyini vurğulayıb. Dövlətin bu mübarizəyə böyük diqqət və marağını ifadə edən prorektor vətəndaş cəmiyyətinin də proseslərə fəal cəlb olunmasının əhəmiyyətindən danışıb.
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçiyeva isə gənclərin hüquqlarının müdafiəsi, insan alveri və onunla mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsullarından söz açıb.

UNEC-in Mətbuat Xidməti


Oxşar xəbərlər