Lənkəran Dövlət Universitetində məişət zorakılığı ilə mübarizə mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda təbiət fakültəsinin Biologiya və ekologiya kafedrasının müdiri, dosent Məmmədhüseyn Hüseynov “İnsan alveri və məişət zorakılığı, onların qarşısının alınmasında cəmiyyətin və ailənin rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ölkəmizdə bu sahədə görülən işlər, həllini gözləyən problemlər, ailə, cəmiyyət və təhsil müəssisələrinin üzərinə düşən vəzifələr barədə ətraflı bəhs olunub.
Məruzə ətrafında keçirilən diskussiyada Kimya və biologiya müəllimliyi ixtisasının IV tədris ili tələbələri Jalə Fəttayeva və Şəfa Məmmədova çıxış edərək onları narahat edən məsələlər barədə iştirakçılarla fikir mübadiləsi aparıblar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az