“Traktoru 280 km/saat sürətlə sürmüşəm” - Video

“Traktoru 280 km/saat sürətlə sürmüşəm” - Video Belarus Prezidenti Aleksandr Lukaşenkonun traktor təcrübəsi ilə bağlı verdiyi müsahibə gündəm olub.
Lukaşenko bu haqda jurnalistlərlə söhbətində bildirib.
Belarus lideri etiraf edib ki, bir dəfə MTZ-50 traktoru ilə dairəvi yolda saatda 280 kilometr sürətlə hərəkət edib.
Lukaşenkonun sözlərinə görə, o, avtomobilin təyyarə kimi havaya qalxa biləcəyindən qorxub.
Qeyd edək ki, sözügedən video qısa müddətdə xeyli adam tərəfindən sosial şəbəkələrdə paylaşılıb və birmənalı qarşılanmayıb. İzləyicilər traktorun bu sürətlə hərəkət edə biləcəyinə inanmayıb, dövlət başçısının məsələni böyütdüyünü bildiriblər.



Tehsil-press.az

Oxşar xəbərlər