“Malaziya təyyarəsinin vurulması ilə bağlı məhkəmə qərarını təhlil edəcəyik”.
Bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlaması zamanı bildirib:
O qeyd edib ki, 2014-cü ildə Ukraynada Malaziya Hava Yollarına məxsus təyyarənin vurulması ilə bağlı Haaqa məhkəməsinin qərarını təhlil edəcəklər:
"Məhkəmənin qərarını şərh etməzdən əvvəl dərin təhlil etmək lazımdır".
Xatırladaq ki, 2014-cü ildə Ukraynanın Donetsk vilayətində “Malaysia Airlines” aviaşirkətinə məxsus "Boeing-777" təyyarə qəzası baş verib.Təyyarə Ukraynanın şərqindəki antiterror əməliyyatı zonasında raketlə vurulub. Hadisə nəticəsində 298 nəfər ölüb.
Tehsil-press.az