Avropa Məhkəməsi Rusiyaya qarşı iddianı qəbul etdi

Avropa Məhkəməsi Rusiyaya qarşı iddianı qəbul etdi Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ukraynada 2014-cü ilin iyulunda sərnişin təyyarəsinin vurulması nəticəsində ölən şəxslərin qohumlarının Rusiyaya qarşı qaldırdıqları iddianı qəbul edib.

Bu barədə AİHM-nin mətbuat xidmətindən bildirilib. “Biz təsdiqləyirik ki, Ukraynadakı təyyarə qəzasına görə Rusiyaya qarşı qaldırılmış iddia 2016-cı ilin mayın 9-da katiblik tərəfindən qəbul edilib”, – deyə, mətbuat xidmətindən bildirilib.
Məlumata görə, təyyarə qurbanlarının Malayziya, Avstraliya və Yeni Zelandiyadan olan 33 qohumu Rusiyaya qarşı iddiaçı qismində çıxış edib.
Xatırladaq ki, 2014-cü ilin iyulun 17-də “Malaysia Airlines” aviaşirkətinin Amsterdam – Kuala-Lumpur marşrutu üzrə uçan “Boeing 777” tipli təyyarəsinin Donetsk vilayətində vurulması nəticəsində 298 nəfər həlak olmuşdu.


Tehsil-press.az

Oxşar xəbərlər