AzTU komandası Dünya Robot Olimpiadasının üçüncüsü adına layiq görülüb

AzTU komandası Dünya Robot Olimpiadasının üçüncüsü adına layiq görülüb Almaniyanın Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edən Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının "Platon Tech" komandası dünya üçüncüsü adını qazanıb. Olimpiadada 56 ölkədən 78 komanda iştirak edib.
“Platon Tech” komandasının üzvləri AzTU-nun SABAH qruplarının informasiya texnologiyaları ixtisasının tələbələri Rüfət Şixiyev, Qabil Hüseynli və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Fərid Şixiyevdir. Rüfət və Fərid Şixiyevlər əkiz qardaşlardır.
Qeyd edək ki, 2000-dən çox iştirakçının qatıldığı yarışda birinci yerə Hindistan, ikinci yerə Yunanıstanı təmsil edən komanda layiq görülüb.

Tehsil-press.az

Oxşar xəbərlər