AzTU “SABAH”ın tələbələri Tbilisidə keçirilən olimpiadada iştirak edib

AzTU “SABAH”ın tələbələri Tbilisidə keçirilən olimpiadada iştirak edib Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH 1” komandası Tbilisidə keçirilən “Open Southern Caucasus Championship 2022” (Cənubi Qafqaz Açıq Çempionatı) olimpiadasında iştirak edib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və burada fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ), ADA Universitetinin də iştirak etdiyi olimpiadada tələbələr fərdi və komanda şəklində yarışıblar.
Sonda “SABAH 1” komandasının üzvlərinə sertifikat və hədiyyələr təqdim olunub.
Xatırladaq ki, komanda 2021-ci ildə keçirilmiş ICPC Azərbaycan regional müsabiqəsində uğurla iştirak edərək olimpiadaya vəsiqə qazanıb.

Tehsil-press.az


Oxşar xəbərlər