Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçmə mərhələsi keçirilib.
Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH” qruplarının “Platon Tech” komandası “Future İnnovators” (“Gələcəyin innovatorları”) Senior kateqoriyasında I yerə layiq görülüb.
Bakı və regionlardan orta və ali təhsil müəssisələrinin iki istiqamət və 5 kateqoriya üzrə 121 komandasının mübarizəyə qoşulduğu yarış 2 gün davam edib.
Qeyd edək ki, yarışa “ALS” (“Yan Amiotrofik Skleroz”) layihəsi ilə qatılan “Platon Tech” komandasının üzvləri AzTU-nun “SABAH” qruplarının tələbələri Rüfət Şixiyev, Qabil Hüseynli və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Fərid Şixiyevdir. Onlar bu il noyabrın 17-19-da Almaniyanın Dortmund şəhərində keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.
Tehsil-press.az