UFAZ-da beynəlxalq “ActInSpace” hakatonu keçirilir

UFAZ-da beynəlxalq “ActInSpace” hakatonu keçirilir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Fransanın Kosmik Araşdırmalar üzrə Milli Mərkəzi (CNES) və Avropa Kosmik Agentliyinin (ESA) təşkil etdiyi kosmik proqramlara həsr olunmuş beynəlxalq “ActInSpace” hakatonu keçirilir.
Tədbirdə iştirakçılara hakaton, yarışın məqsədi, qaydalar və tərəfdaşlar barədə məlumat verilib.
Bildirilib ki, UFAZ-ın 3-cü dəfə ev sahibliyi etdiyi “ActInSpace” hakatonu eyni vaxtda 5 qitədə 34 ölkə və 66 şəhərdə təşkil olunur. İştirakçılar fərqli sahələri təmsil edir və komanda şəklində verilən problemi 24 saat ərzində həll edirlər. Bu yarışmanın məqsədi patentlər, proqram təminatı, verilənlər bazası və ya kosmik infrastrukturlara əsaslanaraq sahibkarlığın inkişaf etdirilməsi və kosmik tərəfdaşlar ilə insanlar arasında əlaqələri möhkəmləndirməkdir.
Xatırladaq ki, “ActInSpace Azerbaijan” yarışmasında müxtəlif universitetlərdən 150-dən artıq tələbə (32 komanda) iştirak etmək üçün qeydiyyatdan keçib. Yarış ərzində fərqli sahələri təmsil edən 20-dən artıq mentor iştirakçılara dəstək olacaq. Qalib komanda fevral ayında Azərbaycanı beynəlxalq final mərhələsində təmsil etmək üçün Fransanın Tuluza şəhərinə göndəriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər