UFAZ-da “Gələcəyin kimyaçıları” olimpiadası keçirilib

UFAZ-da “Gələcəyin kimyaçıları” olimpiadası keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 28 May - Müstəqillik Gününə həsr olunmuş “Gələcəyin kimyaçıları” olimpiadası keçirilib.
Olimpiada Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı, SEM-AZ MMC-nin sponsorluğu və UFAZ-ın dəstəyi ilə təşkil edilib.
ADNSU, Bakı Ali Neft Məktəbi, UFAZ, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti tələbələrinin və məktəblilərin qatıldığı olimpiadada ümumilikdə 17 komanda mübarizə aparıb. Maraqlı və gərgin mübarizənin sonunda I yeri Azər Abıyev, Elnarə Quliyeva, Natiq Rəsulzadə, Nəzrin Səmədovanın təmsil etdiyi ADNSU-nun “Chemists” komandası, II yeri İlqar Nəsirli, Məzahir Həsənli, İlkanə Mehdiyeva, Cəvahir Yusifzadənin təmsil etdiyi BANM-in “Quadruple Bonds” komandası, III yeri isə Hüseyn Tağızadə, Sənan Çəharkamə, Sultanə Vəliyeva, Vəfa Babanlının təmsil etdiyi UFAZ-ın “Lab Fossorial” komandası tutub. Qaliblərə Azərbaycan Mühəndislər Birliyindən kubok, diplom, müxtəlif hədiyyələr, eləcə də bütün yarış iştirakçılarına hədiyyə və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Məktəblilər” komandasında Sara Əhmədzadə, Şəbnəm Hüseynli, Aysun Məmmədeminova (XX sinif şagirdləri) yer alıb.

Tehsil-press.az


Oxşar xəbərlər